Çin Mərkəzi Bankı uçot dərəcəsini endiribbackend

Çin Mərkəzi Bankı (PBOC) koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün uçot dərəcəsini 0,2 faiz bəndi azaldaraq 2,2%-ə endirib.

“Yeni Gündəm” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bu, ötən ilin noyabr ayından bəri Çində 3-cü faiz endirimidir.

“Çin pul siyasətini yumşaltmaq üçün geniş imkanlara malikdir. Uçot dərəcəsini endirərkən ölkədə yenidən fəaliyyətə başlayan şirkətləri, qlobal koronavirus epidemiyasını və dünya iqtisadiyyatındakı mənfi tendensiyaları nəzərə aldıq”, –  PBOC sədrinin müşavirlərindən biri Ma Jun bildirib.