Gərginliyi yüksəldəcək bir hərəkət!
PACOM, Çin J-11 döyüş təyyarəsinin Cənubi Çin dənizində ABŞ-ın B-52 bombardmançı təyyarəsinin təxminən 3 metrliyindən keçərək toqquşma riski yaratdığını açıqlayıb.
Baş verən insidentlə bağlı PACOM dünən verdiyi açıqlamada, “Çinli J-11 pilotu Cənubi Çin üzərində beynəlxalq hava məkanında qanuni olaraq rutin əməliyyatlar həyata keçirən ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinə etibarsız şəkildə yaxınlaşıb”- deyilib.
Çin təyyarəsinin manevrlərinin gecə görüntülərini paylaşan PACOM, həmçinin açıqlamasında belə ifadə edib: “Gecə yaxın qarşılaşma zamanı çinli pilot təhlükəli və qeyri-peşəkar bir şəkildə uçdu, nəzarətsiz bir şəkildə həddindən artıq sürətlə yaxınlaşdı, təyyarənin altında uçdu. B-52-nin qarşısında və 3 metr içində pis qəzaya səbəb oldu”.
Uçuş və hər iki təyyarəni toqquşma təhlükəsi qarşısında qoydu. “Biz narahatıq ki, bu pilot qəzaya səbəb olmağa nə qədər yaxınlaşdığından xəbərsiz idi”.
Həmçinin PACOM, çinli pilotun gecə görmə qabiliyyətinin məhdud olduğu bir mühitdə yaxından yanaşmasının beynəlxalq hava təhlükəsizliyi qaydaları və normalarına zidd olduğunu vurğulayaraq, “Hərbi təyyarələr peşəkar aviasiya anlayışı ilə hərəkət etməli və digər təyyarələrin qəsdən bir-birinə yaxınlaşdıqda təhlükəsizliyinə lazımi diqqət yetirməlidirlər” deyib.
Mənbə: hurriyyət.tr
Aynur Camal