Çin uzaqdan zondlama ilə “Yaogan-33” peykini orbitə buraxıb Çin kosmosa uzaqdan zondlama ilə “Yaogan” sinifli Yer müşahidə peyki göndərib.
“Yeni Gundem” xəbər verir ki, Çinin “Şinhua” xəbər agentliyinin verdiyi xəbərə görə, “Yaogan-33 03” peyki ölkənin şimal-qərbindəki Ciuçuen Peyk Atma Mərkəzindən Long March 4C raketi ilə orbitə buraxılıb. Bildirilib ki, peyk orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbit mövqeyinə yerləşdirilib. Buraxılış Long March raketləri ilə yerinə yetiriləcək 486-cı missiya idi. Məlumat verilib ki, uzaqdan zondlama funksiyasına malik optik peyk elmi təcrübələr, torpaq ehtiyatlarının monitorinqi, məhsulun proqnozlaşdırılması, fəlakətlərin qarşısının alınması və mühafizə işlərinə dəstək üçün istifadə olunacaq. Çin 28 dekabr 2020-ci ildə “Yaogan-33 01”, 3 sentyabr 2022-ci ildə isə “Yaogan-33 02” peykini orbitə çıxarıb. “Yaogan” Çin dilində “uzaqdan zondlama” deməkdir. Bəzi Qərb mənbələri Yaogan sinfinə aid peyklərin kosmos, kiberməkan və elektron müharibəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Strateji Dəstək Qüvvələri tərəfindən idarə olunan hərbi kəşfiyyat məqsədləri üçün olduğunu irəli sürür.