Cinayət Məcəlləsinə mədəni soyqırımla bağlı maddənin əlavə edilməsi təklif olundubackend

“Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Nizami Səfərov deyib.

Deputat bildirib ki, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər: “Mədəni və fiziki soyqırım bir-biriylə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir. Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.