Çində altımərtəbəli bina uçdu – Fotolarbackend

Çinin Hunan əyalətinin Çanşa şəhərində altımərtəbəli bina uçub.

“Yeni Gündəm”-xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Binanın birinci mərtəbəsində mağazalar, ikincidə restoranlar, üçüncüdə özəl kinoteatr, dördüncü və altıncı mərtəbələrdə isə mehmanxana yerləşib.

Hadisə nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat verilməyib.

Hazırda binanın çökmə səbəbləri və hadisə zamanı binada neçə nəfərin olması araşdırılır.