Çində daşqın nəticəsində ölənlərin sayı 32-yə çatıbbackend

Çində son 60 ilin ən güclü leysan yağışları müşahidə olunub.

“Yeni Gündəm” xarici KİV-ə istinadən xəbər verir ki, leysan yağışlar səbəbindən bölgədən 77 mindən çox insan təxliyə edilib. 1729 ev dağılıb, 27 min hektar əraziyə ziyan dəyib. Çinin cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 32-yə çatıb.

Çin dövlət mediasının məlumatına görə, bu yağıntılar 1961-ci ildən sonra görülən ən şiddətli yağıntılardı. Ümumilikdə 1.1 milyon insan ziyan görüb, 223 min hektar kənd təsərrüfatı sahəsi məhv olub. Hunan əyalətində 2700-dən çox evə ciddi ziyan dəyib, 96160 hektar əkin sahəsi məhv olub.