Doğuş səviyyəsinin aşağı düşməsi ilə bağlı Asiya ölkəsi evlənmək istəyən cütlüklərə maddi yardım etmək qərarına gəlib. Gəlinlər üçün 25 yaş və daha kiçik olmaq şərti tətbiq edilərkən, veriləcək nağd pulun miqdarı müəyyən edilib.
“Yeni Gundem” xəbər verir ki, Çin əhalisinin azalması və qocalması tendensiyasını dəyişmək istəyir.
Çinin Çanşan şəhərində qəbul edilən qərara əsasən, yeni evlənən cütlüklərə pul mükafatı verilməsinə qərar verilib. Amma bunun şərtləri var.
Ölkənin şərq şəhərində atılan addıma görə, gəlinin yaşı 25 və daha kiçik olarsa, cütlüklər 1000 yuan (137 dollar) məbləğində pul mükafatı alacaqlar.
İlk nikahları əhatə edən mükafat yaşa uyğun evliliyi və uşaq dünyaya gətirməyi təşviq etmək məqsədi daşıyır.
Eyni zamanda, uşaqlı cütlüklər üçün bir sıra uşağa qulluq, doğuş və təhsil müavinətləri də yeni tənzimləmə ilə əhatə olunur. Çində qanuni nikah yaşı kişilər üçün 22, qadınlar üçün isə 20-dir. Ancaq Asiya ölkəsində evlənən cütlüklərin sayı günü-gündən azalır.
İyun ayında açıqlanan hökumət məlumatlarına görə, evlilik nisbəti 2022-ci ildə 6,8 milyon nəfərlə rekord aşağı səviyyəyə çatdı. Bu, 1986-cı ildən bəri ən aşağı göstərici kimi qeydə alınıb. Keçən il 2021-ci illə müqayisədə 800 min az evlilik olub. Fotoqraf Çinin Pekin şəhərində toy fotosessiyasında gəlinə kömək edir.
Dünyanın ən aşağı göstəricilərindən biri olan Çində doğuş nisbətinin 2022-ci ildə 1,09 səviyyəsinə enəcəyi təxmin edilir.
Çində yüksək uşaq baxımı xərcləri və karyera narahatlığının da bir çox qadının daha çox və ya ən azı bir uşaq sahibi olmasına mane olduğu bildirilir.
Mənbə: EnSonHaber
Aynur Camal