Çində koronavirusa yeni ad verildibackend

Çin Milli Səhiyyə Komitəsi koronavirus epidemisına yeni ad verib.

“Yeni Gündəm” ”RİA Novosti”yə istinadən xəbər verir ki, bugünə qədər 2019nCoV kimi tanınan virus bundan sonra “yeni koronavirus pnevnomaniyası” (NCP) adlandırılacaq.

Epidemiyanın müvəqqəti olduğu qeyd olunur.

Bu məqamda bildirək ki, fevralın 9-na olan məlumata görə, Çində koronavirus xəstəliyinə yoluxanların sayı 37 min nəfəri keçib, 811 xəstə ölüb. Cons Hopkins Universitetinin layihəsinin monitorinq məlumatlarına görə, dünyada cəmi 37,5 min insan virusa yoluxub, 2,6 minə yaxın insan virusdan müalicə edilib.