Çində koronavirusa yoluxanların 65%-ə yaxını sağalıbbackend

Çində koronavirusa yoluxanların 65%-ə yaxını sağalıb və xəstəxanalardan evə buraxılıb.

“Yeni Gündəm” bildirir ki, bunu ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.

Ən son məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 80409 nəfərə çatıb. Onlardan 52 min 45 nəfəri sağalıb və xəstəxanalardan evə buraxılıb. Bu da xəstələnənlərin ümumi sayının 64,7% deməkdir. Hazırda xəstəxanalarda 25 min 352 nəfərin müalicəsi davam etdirilir.

Ölümcül virus Çində ümumilikdə 3012 nəfərin həyatına son qoyub.