Çində koronavirusdan ölənlərin sayı 1000-i keçdibackend

Çində koronavirusdan ölənlərin sayı durmadan artır.

“Yeni Gündəm” xəbər verir ki, sutka ərzində ölənlərin sayı 108 nəfər artaraq 1016 nəfərə çatıb.

Bu barədə məlumatı ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Hazırda Çində 42638 nəfərin bu virusun daşıyıcısı olduğu bildirilir.