Çində koronavirusun ikinci DALĞASI BAŞLAYIR?backend

Koronavirusun yayıldığı Çində həyatın qaydaya düşməsindən sonra son 3 həftədə yenidən virusa yoluxma halları aşkarlanıb.

”Yeni Gündəm” xəbər verir ki, dünyayı cənginə alan koronavirusun yayıldığı Çində bu gün 16 yeni yoluxma halı aşkarlanıb. Ölkədə son 3 həftədə ən yüksək göstəricinin bu gün olduğu məlum olub. Çin səhiyyəsinin verdiyi açıqlamaya görə 16 nəfərdən 11-i  Siçuan bölgəsində qeydə alınıb. Yoluxanların hər biri xarici ölkələrə səyahət etmiş şəxslərdir.