Çində zəlzələ olubbackend

Çinin Tanşan şəhərində 4,5 bal gücündə zəlzələ olub. “Yeni Gundem” “TASS”a istinadən bildirir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla saat 08:02 radələrində qeydə alınıb. Zəlzələnin espisentri Fennan rayonu ərazisində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.