Çində zəlzələdə ölənlərin sayı 65 nəfərə çatıbbackend
Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Qardze-Tibet muxtar rayonunda dağıntılar altından 37 nəfərin meyiti çıxarılıb, daha 12 nəfər itkin düşmüş sayılır.
Yaan və Qardze-Tibetdə 248 nəfər xəsarət alıb. Onların 60-dan çoxunun vəziyyəti ağırdır.
Yaan və Qardze-Tibetdən 50 min nəfər təxliyə edilib. Çin hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırmaq və xilasetmə işləri üçün 7,25 milyon dollar (50 milyon yuan) ayırıb.
Qeyd edək ki, sentyarbın 5-də Çinin Qardze-Tibet muxtar rayonunun Ludin qəsəbəsində 6,8 bal gücündə zəlzələ olub. Bölgədə 1,1 milyondan çox sakin yaşayır. Yeraltı təkanların ocağı 16 km dərinlikdə yerləşir.