Çindən koronavirusla bağlı GÖZLƏNİLMƏZ ADDIM – Elan etdilərbackend

Çin ABŞ-ın tənqin etdiyi Ümumdünya Səhiyyə təşkilatına 30 milyon dollar bağışlayacağını bəyan edib.

“Yeni Gündəm” xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən belə açıqlama verilib. Bildirilib ki, bundan əvvəl Pekin təşkilatın hesabına 20 milyon dollar vəsait köçürüb. “Lakin Çin buna əlavə olaraq COVID-19-la qlobal səviyyədə mübarizə aparmaq və inkişaf etməkdə olan ölkələrin səhiyyə sisteminə dəstək vermək üçün daha 30 milyon dollar bağışlamaq qərarını aldı” – deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, prezident Donald Tramp Ümumdünya Səhiyyə təşkilatının koronavirusla bağlı şəffaf davranmadığını irəli sürərək, maliyyə dəstəyini dayandırıb. Analitiklərin fikrincə Çin ABŞ-ın addımına cavab olaraq belə qərar qəbul edib.