“Çindən silah aldığımıza dair heç bir sübut yoxdur”-Andrey Kelin”backend

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin jurnalistlərə müsahibəsində Qərbin Kiyevlə qarşıdurmada Moskvaya kənardan hansısa “hərbi yardım” göstərməsi, eləcə də bu cür dəstəyin mümkün perspektivləri ilə bağlı bəyanatlarını ələ salıb.

“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki,diplomat xatırladıb ki, Rusiyanın güclü hərbi-sənaye kompleksi olduğu üçün onun belə “dəstək”ə ehtiyacı yoxdur.

“Çin rəsmi olaraq bizə hərbi dəstək vermədiyini bəyan edir… Çindən silah aldığımıza dair heç bir sübut yoxdur”, – Keoin vurğulayıb.

Fərahim Rəhimov