CinemaPlus-da “Doktor Strenc” filmi getdikcə populyarlaşır – VİDEObackend

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Marvel Kainatının 28-ci filmi olan “Doktor Strenc: Dəliliklərin Multikainatında” fantastik superqəhrəman döyüş filmi getdikcə populyarlaşır. Biletlər kosmik sürətlə satılır.

Bu personaj haqqında ilk solo layihə 2016-cı ildə işıq üzü gördü. Bu film dünya üzrə 165 milyon dollarlıq büdcə ilə 677 milyon dollar gəlir əldə edib. Film 2019-cu ildə rəsmi olaraq elan edildi.

Rejissor orijinal Hörümçək adam trilogiyasının yaradıcısı Sem Reymi idi. Əvvəlcə qorxu filmi kimi təqdim edilən film janrını elmi fantastika elementləri ilə hərəkət-macəraya çevirdi.

Baş rollarda: Benedikt Kamberbetç, Elizabet Olsen, Peyçel MakAdams.

Müddəti 140 dəqiqə. Yaş həddi 12+.

Film haqqında qısa məlumat: Doktor Strencin sehrli macəralarının yeni mistik aləmlərdə və yeni düşmənlərlə qarşıdurmada davamı. Yeni filmdə Strenc, “Hörümçək adam: Geriyə yol yoxdur” filmindəki hadisələrdən sonra çoxlu kainatın azad edilməsinin nəticələrini düzəltməli olacaq.

Qeyd etmək istəyirik ki, “Doktor Strenc: Dəliliklərin Multikainatında” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.