“CinemaPlus”da Türk qorxu filmi “Korku Takvimi” – VİDEObackend

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Dras Film Pictures”-in istehsalı olan “Korku takvimi” türk qorxu filminin nümayişi başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, filmin rejissorluğunu Yunus Şevik edib. Baş rollarda isə Melisa Seda, Zafer Kora və Nevin Efe yer alıb.

Film haqqında qısa məlumat: Hülyanın ən böyük arzusu məşhur aktrisa olmaqdır. Bir gün o arzuladığı baş rol təklifini alır. Amma bilmirdi ki, baş rolu oynamayacaq, həyat onunla amansızcasına oynayacaq. Yaxın dostu Ebru və rol yoldaşı Tahirlə çəkiliş meydançasına gedərkən qarşılaşdıqları qəza ilə başlayan macəra əslində ən məsum hadisə olacaq. Çəkilişlərin başladığı və arzusuna çatdığı günün gecəsi

Hülya anlaya bilmədiyi hadisələrlə üzləşir.