Çingiz Abdullayevin jurnalistə kobud cavab verməsinə Mətbuat Şurası REAKSİYA VERDİbackend

Xəbər verdiyimiz kimi xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistlərin verdiyi sualına kobudcasına cavab verib.

“Yeni Gündəm” olaraq məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədrinə müraciət etdik.

Mətbuat Şurasının sədri Rəşad Məcid “Yeni Gundem”-ə açıqlamasında qeyd etdi ki, “Jurnalist ittihamçı kimi çıxış edəndə elə də cavab almalıdır”

Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.

Fərahim RƏHİMOV

Yenigundem.az