Çinin nəşr etdiyi xəritə ortalığı qarışdırdıbackend

Pekin rəhbərliyinin dərc etdiyi və bəzi mübahisəli bölgələri Çin ərazisi kimi göstərən xəritə bölgə dövlətləri tərəfindən reaksiya ilə qarşılanıb.Çin Təbii Sərvətlər Nazirliyinin dərc etdiyi xəritədə Malayziya, Hindistan və Filippin və Çin arasında suverenlik mübahisələrinin olduğu bəzi bölgələr Çinin milli sərhədləri daxilində görünür.

“Yeni Gundem”xəbər verir ki, həmçinin Pekinin dərc etdiyi xəritədə Hindistanın Arunaçal-Pradeş əyaləti və Çin ərazisi daxilində mübahisəli Aksai-Çin yaylası göstərilib.

Bundan əlavə, Malayziyanın Sabah və Saravak əyalətlərinin dəniz əraziləri və Filippinin dəniz bölgəsindəki bəzi ərazilər Çin hakimiyyəti altındadır. Müvafiq ölkələrin xarici işlər nazirlikləri Pekin rəhbərliyinin dərc etdiyi xəritəni pisləyən açıqlamalar verərkən, Çinin suveren hüquqlarına birtərəfli müdaxiləsini rədd etdiklərini açıqlayıblar.

Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin əvvəlki gün verdiyi açıqlamada xəritədəki düzəlişlərin “qanunlara uyğun olaraq suverenliyin müntəzəm tətbiqi” olduğunu söyləmişdi. “Ümid edirik ki, maraqlı tərəflər obyektiv və sakit qalaraq, məsələni həddən artıq şərh etməkdən çəkinəcəklər”, – Vanq deyib.

Qeyd edilib ki, 2006-cı ildən bəri Çin Pekinin keçmişdə “problemli xəritələr” adlandırdığı və onun regional sərhədlərini yanlış təqdim etdiyini iddia etdiyi xəritələri düzəltmək üçün öz reviziyalarını dərc edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal