Çinin xarici işlər naziri Özbəkistana gedirbackend

Səmərqənddə Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Qinq Qan Əfqanıstana qonşu olan ölkələrin nazirlərinin Özbəkistanda keçiriləcək dördüncü konfransında iştirak edəcək.

Sinxua agentliyinin məlumatına görə, Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Bəxtiyor Saidovun dəvəti ilə Çin Xalq Respublikasının xarici işlər naziri Qin Qan aprelin 12-13-də Özbəkistana səfər edəcək və xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Əfqanıstana qonşu ölkələrin dördüncü konfransında iştirak edəcək.

Aprelin 13-də Səmərqənddə qonşu dövlətlərin xarici işlər nazirlərinin iclasının keçiriləcəyi əvvəlcədən xəbər verilmişdi. Özbəkistan, İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri Əfqanıstandakı mövcud vəziyyəti müzakirə edəcəklər.

Bundan əlavə, aprelin 14-də Özbəkistan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçiriləcəyi gözlənilir.

Gündəliyə qarşılıqlı əməkdaşlığın cari məsələləri üzrə fikir mübadiləsi, birgə proqramların icrasının müzakirəsi, o cümlədən MDB iştirakçısı olan dövlətlərin Başçıları Şurasının baxılması üçün təqdim edilmiş sənəd layihələrinin müzakirəsi daxildir.

Fərahim Rəhimov