Cinsi əlaqəni gücləndirən və sidikqaçırmanın qarşısını alan məşqbackend

Qadınlar arasında getdikcə populyarlaşan çanaq əzələlərinin məşqi – kegel cinsi aktı gücləndirən effektiv idman növüdür. Qadınlar üçün faydalı olduğu qədər kişilər üzərində də müsbıt təsirə malikdir.

Yeni Gundem” xəbər verir ki, bu sözləri “Lenta.ru”ya müsahibəsində uroloq Stanislav Peseqov deyib. Həkim izah edib ki, kegel məşqi ilə sidik qaçırma problemini də aradan qaldırmaq mümkündür.
“Məşq sidik kisəsini və bağırsaqları dəstəkləyən əzələlərin aşağı tonusu səbəbindən kişilərdə çanaq orqanlarının patoloji vəziyyəti inkişaf edə bilər. Dərman və aparat üsullarına əlavə olaraq, xəstələrə xüsusi məşqlər təyin olunur.
1940-cı illərin sonlarında ABŞ-da professor Arnold Kegel doğuşdan sonra qadınlarda sidik qaçırma və intim problemlərdən xilas olmaq üçün bir sıra məşqlər hazırladı. Sonradan məlum oldu ki, məşqlər kişilər üçün də faydalıdır”, – həkim qeyd edib.
Ekspertin sözlərinə görə, kegel məşqi sidiyi tutmanızı təmin edən əzələləri sıxaraq, bir müddət belə gözlədikdən sonra boşaldılması ilə həyata keçirilir. Bunu edərkən hansı əzələlərin yığılması lazım olduğu öyrənilir. Bu məşq xüsusilə stress zamanı, yaxud öskürərkən və asqırarkən sidik qaçırmada təsirli olur. Odur ki, məşq sayəsində həm cinsi əlaqəni gücləndirmək, həm də sidik qaçırmanı azaltmaq olar.

Ayşən