Cinsi istəkdən çəkinmənin 8 səbəbi – Psixiatrdan vacib məlumatlarbackend

Yetkinlik dövründə hormonlarımız və fiziki görünüşümüz dəyişir. Bununla yanaşı cinsi istəkdə də dəyişiklik baş verir. Bəzi insanlarda aşkarlanan cinsi münasibətdən çəkinmə problemi çox vaxt fərdi şəxsin probleminə çevrilir.

“Yeni Gündəm” xəbər verir ki, Psixiatr Psixoterapevt Assist. Dos. Dr. Rıdvan Üney seksuallıqdan çəkinmənin səbəbləri ilə bağlı vacib olan məlumatlar verib:

1.Əgər insanın ətrafdan aldığı cinsəllik haqqında məlumat kifayət deyilsə, o, münasibətlərində utancaq olmağa davam edəcək.

2.Sekslə bağlı söhbətlərdə insanlar tez-tez baş verənləri şişirtməyə meyllidirlər. Bu bəzi insanları qorxuda bilər.

3.Sağlam seksuallıq haqqında məlumat əldə etməkdə çətinlik çəkənlərin dostları və ailələrindən aldıqları məlumat mənbələri bəzən şayiə ola bilir.

4.Seksual sahənin məxfiliyinə görə sual verməkdən uzaq qaçırlar.


5.Həyat yoldaşları uzun müddət bir yerdə olsalar belə, qarşı tərəfin səhv anlayacağını düşünərək cinsiyyətlə bağlı sual verməkdən çəkinirlər.

6.Özünə inam problemi olan insanlar, təbii olaraq cinsi mövzularda da bu problemi yaşayar və tərəddüd edərlər.

7.Gülməli olmaq və cahil görünmək qorxusundan utanaraq uzaqlaşırlar.

8.Cinsi problemlərin digər sağlamlıq problemlərindən heç bir fərqi olmasa da; insanlar problemə dözsələr də, kömək almaqda çətinlik çəkirlər.

Seksuallıqda utancaqlığın yoxa çıxması və insanların daha inamlı davranması; yalnız dəqiq və real məlumata malik olmaq və partnyoru ilə daha açıq danışa bilməklə bu problemlərdən qurtulmaq mümkündür.