ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldubackend

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

“Yeni Gündəm” xəbər verir ki, bu gün daha 9 matç keçirilib.

Turnirdəki təmsilçimiz “Neftçi” Gürcüstanda Tbilisi “Dinamo”sunun qonağı olub. Oyun Samir Abasovun komandasının qələbəsi ilə başa çatıb – 2:1. Eyni saatda başlayan digər oyunda millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) Norveçdə “Bude Qlimt”in qonağı olub. “Legiya”nın 3:2 hesabı ilə qalib gəldiyi oyunda Emreli dubl edib.

7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunları

20:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan) – 1:2

20:00. “Bude Qlimt” (Norveç) – “Legiya” (Polşa) – 2:3

21:00. “Slovan” (Bratislava, Slovakiya) – “Şemrok Rovers” (İrlandiya) – 2:0

21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Valür” (İslandiya) – 3:2

21:00. “Lüdoqorets” (Bolqarıstan) – “Şaxtyor” (Soliqorsk, Belarus) – 1:0

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) – 1:1

21:00. “Teuta” (Albaniya) – “Şerif” (Moldova) – 0:4

21:00. “Malmö” (İsveç) – “Riqa” (Latviya) – 1:0

22:00. “Konnas-Ki Nomads” (Uels) – “Alaşkert” (Ermənistan) – 2:2

Qeyd edək ki, mərhələnin cavab oyunları 13-14 iyulda keçiriləcək.