Co Bayden əməliyyat olundubackend

ABŞ Prezidenti Co Bayden əməliyyat olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Ağ Evin həkimi Kevin Okonnor açıqlayıb.

Əməliyyat zamanı Baydenin bağırsağından 3 millimetrlik xoşxassəli törəmə çıxarılıb.

Bildirilir ki, ümumilikdə Baydenin vəziyyəti təhlükəli olmayıb.

Prosedur zamanı Bayden narkoz qəbul edib və əməliyyat zamanı o, səlahiyyətlərini vitse-prezident Kamala Harrisə verib.