ABŞ prezidenti Co Baydenin İrlandiya Respublikasına rəsmi səfəri davam edir.
“Yeni Gundem ” Xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri İrlandiya Respublikasının Prezidenti Maykl Hiqqins və İrlandiyanın Baş naziri Leo Varadkar ilə görüşüb.
ABŞ prezidentinin İrlandiya parlamentində çıxışı planlaşdırılır. O, rəsmi səfəri çərçivəsində İrlandiya parlamentində çıxış edən ABŞ-ın 4-cü prezidenti olacaq.