Coca Cola bəzi məhsullarını Xorvatiyadakı rəflərdən çıxarır!
“Yeni Gundem”in əldə etdiyi xəbərlərə görə, Qatil İsrail oktyabrın 7-i şənbə günündən Qəzzada dinc əhalinin üzərinə bomba yağdırır. Sionist İsrailin məktəb, məscid, kilsə və xəstəxana ayırmadan qadın və uşaqları hədəf almasından sonra ölkəmizdə boykot edilən “Coca-Cola” Xorvatiyada məhsullarını rəflərdən yığışdırmağa başlayıb.
Son günlər ölkədə “Coca-Cola” məhsullarından zəhərlənmə halları artıb.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında “İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Məscid-i Əkbərə qarşı davamlı pozuntularına cavab vermək” səbəbi ilə hərtərəfli hücuma keçərkən, İsrail ordusu da Qəzza zolağına ağır hava hücumları təşkil edib və bombardmana başlayıb.
İşğalçı İsrail Qəzza zolağına havadan, qurudan və dənizdən hücumlarını davam etdirərkən yaşayış məntəqələri, xəstəxanalar, məktəblər, məscidlər və kilsələr hədəfə alınıb. Qatil İsrailin günahsız qadın və uşaqları öldürməsindən sonra ölkəmizdə boykot edilən Coca-Cola üçün Xorvatiyadan şok xəbər gəlib.
Xorvatiyada son zamanlar baş verən zəhərlənmə hadisələri ilə əlaqədar Coca Cola Xorvatiya Nümayəndəliyi ehtiyat tədbiri olaraq bəzi məhsulları rəflərdən geri çəkməyə qərar verib.
Ölkənin sahilyanı Riyeka şəhərindəki kafedə Coca Cola qazlı içkiləri və şirkətin suyundan içdiyi bildirilən 4 nəfər xəstəxanaya yerləşdirilib.
Riyekada baş verən hadisədən sonra ölkə üzrə 34 nəfərin müvafiq markanın içkisindən zəhərləndiklərini əsas gətirərək xəstəxanaya müraciət etdiyi bildirilib.
Coca Cola Xorvatiya nümayəndəsi açıqlamasında insan sağlamlığına mənfi təsir edəcək bir vəziyyət yaratmaq istəmədiklərini və zəhərlənmə halları ilə əlaqəli olduğu iddia edilən məhsulları bazar rəflərindən geri çəkməyə qərar verdiklərini bildirib.
Dövlət Müfəttişləri İdarəsi həmçinin hadisəyə aydınlıq gətirilənə qədər şübhəli məhsulların piştaxtalardan yığışdırılmasını və məhsulların tədarükünün dayandırılmasını xahiş edib.
Yerli media isə analizdə zəhərlənmə halları ilə əlaqəli olduğu iddia edilən içkilərin tərkibində problemli maddələrin olmadığını qeyd edib.
Mənbə: A-haber
Aynur Camal