Consondan yeni təklifbackend

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyaya qarşı Avropa alyansı yaratmağı təklif edib. Avropa İttifaqının ayrı-ayrı ölkələrinin mövqeyini nəzərə alsaq, bu alyans Ukraynanın Aİ-yə daxil olmasına alternativ ola bilər.

“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Corriere Della Sera” nəşri məlumat verib.

Nəşrin yazdığına görə, ayrı-ayrı ölkələrin Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi ilə bağlı qeyri-müəyyən mövqeyə görə Conson Brüssel üçün bütün kartları qarışdırmaqla, siyasi, iqtisadi və hərbi birliklərin yeni sistemini təklif edir. Ehtimal olunur ki, Aİ və Almaniyanın Rusiyanın hərbi təcavüzünə cavab mövqeyindən narazı olan ölkələr yeni alyansda toplaşa bilərlər.