Çörək sexindən oğurluq – Əməlini etiraf etdibackend

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən və fəaliyyəti dayandırılan çörək bişirmə sexlərinin birindən oğurluq edilməsi və müəssisəyə 13370 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”ə verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.