“COVID-19”a görə metro bağlandıbackend

Çərşənbə axşamı günortadan sonra Şanxay metrosunun son iki xətti də bağlanıb və beləliklə şəhər metrosu fəaliyyətini tamamilə dayandırıb.

“10 may 2022-ci il saat 13:00-dan növbəti bildirişə qədər Şanxay metrosunun altıncı və on altıncı xətləri fəaliyyətlərini dayandırıb. Hazırda Şanxay metrosunun bütün xətləri və stansiyaları qeyri-işlək rejimdədir”, – deyə metropolitenin “Weibo” sosial media hesabında yayımlanan məlumatında qeyd olunur.

Şanxay metrosu uzunluğuna görə dünyada birinci yerdədir – 831 kilometr. 30 dekabr 2021-ci il tarixinə Şanxay metro sistemi 20 xətt və 508 stansiyadan ibarət olub. COVID-19 pandemiyasının başlanmasından əvvəl orta gündəlik sərnişin axını 10 milyon nəfər təşkil edib.

Oxu.az