“COVİD 19-la bağlı son statistikası qorxuducu həddə çatıb, dərhal önəmli tədbirlər görülməlidir”backend

“COVİD 19-la bağlı ölkənin son statistikası qorxuducu həddə çatıb”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Ələsgər Əhmədoğlu bildirib.

Ə.Əhmədoğlu xatırladıb ki, hələ peyvəndləmə başlamadığı 2020-ci ilin 13 dekabrında qeydə alınan ən yüksək günlük yoluxma 4451 nəfər olmuşdu: “Dünən qeydə alınan yoluxma da buna çox yaxın-4129 olub. Ölkə əhalisinin 30%-nin peyvəndləndiyini, 10%-ə yaxınının xəstəliyi gizli və ya açıq keçirərək imunitetinin yarandığını nəzərə aldıqda bu rəqəmlər dekabrdakından azı iki dəfə daha kritik vəziyyətdə olduğumuzu göstərir”.

Ekspert qeyd edib ki, dərhal önəmli tədbirlər görülməlidir, vəziyyət yaxşıya getmir.