COVİD 19 Pandemiya dövründə aztəminatlı aillərin, müharibə əlillərinin, tənha ahıl vətəndaşlarımız üçün hüquqi dəstək xidmət günləri keçirildibackend

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi, “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsi çərçivəsində, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, az-təminatlı aillərin, müharibə əlillərinin, tənha ahıl vətəndaşların tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik göstərmək məqsədi ilə 6, 10,11, 12 noyabr tarixlərində hüquqi dəstək xidmət günləri təşkil edilərək onlara hüquqi dəstək verildi.

Layihənin rəhbəri. “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güclüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl vətəndaşlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək, ictimai maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdır.

Ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.

“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin əhali arasında apardığı araşdırmalarından məlum olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində, Bakı şəhərində ehtiyacı olan az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl vətəndaşlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları vardır.

Buna görədə, həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş hüquqi dəstək xidmət günləri təşkil edilərək, layihənin hüquqşunası İlham Əhmədov tərəfindən az-təminatlı aillərin, müharibə əlillərinin, tənha ahıl vətəndaşların tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik göstərilmişdir.

Layihənin hüquqşusı İlham Əhmədov çıxış edərək məlimat verdi ki, təşkil olunmuş hüquqi dəstək xidmət günlərində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslər, müharibə veteranlar və ehtiyata buraxılmış hərbi qulluqçuların Tibbi-Sosial Ekspertiziya Komisiyalarında və sosial sığorta idarələrində yaranmış problemləri ilə əlaqədar müraciətlərinə baxılaraq adları qeyd olunan vətəndaşların yaranmış problemlərin həllinə hüquqi köməklik göztərərilərək, olnarı maqaqlandırılan suallara izahlı sürətdə aydınlıq verildi.

Təşkil edilmiş hüquq günlərində İlham Əhmədov tərəfindən hımçinin müharibə əlillərinə və ümumi əllillərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində ətraflı izahatla məlumat verdi.

Tədbir iştirakçılarından müharibə əlilləri, veteranları çıxış edərək, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllillərini düşünərək onlara tibbi və sosial kömək etmək məqsədi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin tərəfindən həyata keçirilən, “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsini müsbət qiymətləndirərək, bu yönümdə əhəmiyyətli layihələrin maliyələşdirdərək icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşklarına Dövlət Dəstəyi Şurasına və “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin kolektivinə öz təşəkkürlərini bildirdilər.