COVID-19 pandemiyasına qarşı vaksin haqqında ən son məlumatlarbackend

Karonavirusun yayılmasının qarşısını almaq üçün hazırlanmış 5 ən əsas peyvənd aşağıdakılardır ;

1. Moderna – ABŞ
2. BioNtech/ Pfizer – ABŞ
3. Sputnik V – Rusiya
4. Oxford – Astra Zeneca – İngiltərə, İsveç
5. Sinovac (CoronaVac) – Çin

Peyvəndlər istehsal texnologiyasına görə 2 cür olur ;
İnaktiv və mRNA üsulu.
1. İnaktiv üsulda ənənəvi qayda ilə virus kimyəvi maddə və ya yüksək temperaturda öldürülür və daha sonra orqanizmaya daxil olunur. Bu sayədə
immun sistemin xəstəliyə qarşı davamlılığı artırılır.
Bu üsulla hazırlanmış peyvəndlər 2-8° temperatur aralığında saxlana bilər .
2 həftə ara ilə 2 dəfə vurulur.

2. m-RNA üsulunda virusu meydana gətirən hissələr və ya molekulların zəiflədilmiş versiyası orqanizmaya yeridilir.
Bədən bu yad maddəni tanıyaraq qısa müddətdə müdafiə hüceyrələri yaradır.
Bu üsulla hazırlanmış peyvəndlər -70° temperaturda saxlanılmalı və transfer edilməlidir.
3 həftə ara ilə 2 dəfə vurulur.

Çində yerləşən Sinovac Biotech şirkəti 1993-cü ildən günümüzədək yolxucu xəstəliklərin araşdırılması, vaksinlərin hazırlanması, inkişaf etdirilməsi və satılması ilə məşğuldur.
Şirkət Braziliyalı bioloji tədqiqatlar aparan Butan İnstitutu ilə birlikdə əməkdaşlıq edərək koronavirus üçün inaktiv üsulla CoronaVac peyvəndi hazırladılar.
Dünyanın ən qədim tibb jurnalı olan “The Lancet” 17 noyabr tarixində CoronaVac vaksininin ilkin nəticələrinə görə peyvəndin təhlükəsiz olduğu qeyd edildi. Jurnalda peyvəndin mənfi reaksiyalarının yüngül olduğu; ən ümumi simptomun vaksinin vurulduğu hissədəki ağrı olduğu ifadə edilir.

Azərbaycan artıq CoronaVac peyvəndini Çindən gətirib.
Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirib.
Peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıb.

Aynur Abdullayeva