COVID-19-un müalicəsində əhəmiyyətli olan oksigen generatoru işə salınıbbackend

Tədris Terapevtik Klinikasında COVID-19-un müalicəsində əhəmiyyətli olan oksigen generatoru işə salınıb.

Azərbaycan Tibb Universitetindən (ATU) verilən məlumata görə, bu qurğu COVİD-19 xəstələrinin müalicəsi üçün çox əhəmiyyətlidir. ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb. Generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib. Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti-quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini vurğuladı.