Çox kofe içmək ölüm riskini artırırbackend

Osaka Universitetinin alimləri müəyyən ediblər ki, gündə bir fincandan çox qəhvə içmək hipertoniya zamanı ürək-damar xəstəliklərindən ölüm riskini iki dəfə artıra bilər. 

“Yeni Gundem”-in verdiyi məlumata görə, Araşdırma” Journal of the American Heart Association “jurnalında dərc olunub.

Tədqiqatda 45 yapon icmasından olan insanlar iştirak edib. Onlar 19 il ərzində tibbi müayinəyə gəlib anket doldurublar. Tədqiqat dövründə ürək-damar xəstəliklərindən 800-dən çox ölüm qeydə alınıb.

Nəticələr göstərdi ki, qan təzyiqi 160/100 mm Hg olan insanlarda gündə iki və daha çox fincan kofe içmək, qəhvə içməyənlərə nisbətən ürək xəstəliyindən ölmə riskini iki qat artırdı.

Yaşıl çay da kofeinlə zəngindir, lakin onun istehlakı ürək-damar xəstəliklərindən ölüm riskinin artmasına təsir etmir. Tədqiqatçılar bunu yaşıl çayın tərkibində olan polifenolların antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə əlaqələndirirlər.

Məqalə müəllifləri vurğuladılar ki, onların tədqiqatı müşahidə xarakterli olduğundan səbəb-nəticəni qəti şəkildə müəyyən etmək mümkün deyil. Bununla belə, nəticələr göstərir ki, hipertansiyonlu insanlar çox miqdarda qəhvə içməkdən çəkinməlidirlər. Qəhvədən imtina edə bilməyənlər üçün müəlliflər bədənin reaksiyasını izləmək üçün hər fincandan sonra təzyiqi ölçməyi təklif edirlər.

Əvvəllər digər tədqiqatlar qəhvə ilə 2-ci tip diabet və müəyyən xərçəng riskinin azalması, iştaha nəzarət və depressiya riskinin azalması arasında əlaqə tapmışdı.

Ayşən