“Çox şükürlər olsun ki, düşmənlər arasında utanmadıq” –  Gürcüstanda erməni rəqibini məğlub edən idmançı danışdıbackend

Erməni idmançısı ilə döyüşmək mənim borcumdur. Üzərimə böyük məsuliyyət düşürdü ki, oyuna yüksək səviyyədə hazırlaşım. Çox şükürlər olsun ki, düşmənlər arasında  utanmadıq.Arzumuz erməniyə qalib gəlib bayrağımızı yüksəklərə qaldırmaq və şəhidlərimizin ruhunu şad etmək idi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Gürcüstanın paytaxtı Tbilisi şəhərində qaydasız döyüşdə erməni rəqibini məğlub edən idmançı Elçin Hüseynov deyib.

O keçmiş uğurlarındanda danışıb:

MMA üzrə 3 dəfə dünya, 2 dəfə Avropa çempionu olmuşam. MMA-nın peşəkar döyüşlərində 8 qələbə, 3 məğlubiyyətim var. Azərbaycanın idman ustasıyam”- deyə o qeyd edib.

Qeyd edək ki, martın 12-də Gürcüstanın Tbilisi şəhərində WJF MFC MMA təşkilatı tərəfindən qaydasız döyüş oyunu təşkil edilib.

Ölkəmizi 90(kq) Elçin Hüseynov təmsil edib.

Fərahim Rəhimov