“Yeni Gündəm” xəbər verir ki, azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda azyaşlı Fatimənin anası, 1988-ci il təvəllüdlü Aytən Musayeva da vəfat edib.
Onun digər ailə üzvləri – atası Vüsal Musayev və 12 yaşlı qardaşı Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumata əsasən, artıq ərazidə dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Qeyd edək ki, nazirliyin qəza-xilasetmə qüvvələrinin müdaxiləsi nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov jurnalistlərə açıqlamasında bildirib ki, dağıntıların gücünün böyük olması, zərərçəkmişlərin müxtəlif otaqlarda olması axtarış işlərinin vaxtını bir qədər uzadıb: “Yaxınlıqdakı binaların zədələnib-zədələnməməsiylə bağlı qurumlar araşdırma aparır. Bizə əməliyyat daxil olan kimi hadisəyə yerinə cəlb olunmuşuq”.