Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıbbackend

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb.

Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlayıb. Azərbaycan buna cavab olaraq əks-hücuma keçib. Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutub. Tərəflər arasında atəşkəs barədə 3 dəfə razılaşmaya baxmayaraq, Ermənistan buna məhəl qoymadı. Bu arada Azərbaycana qarşı beynəlxalq təzyiqlər də oldu.
Qlobal məsələlərlə bir-birinə qarşı daim antoqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi.  Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf yeddi rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Danışıqlar prosesi imitasiya edilirdi. Mahiyyət etibarilə uzun müddətli işğala hesablanmış və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoymağa çalışılırdı.
Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.

Gülamayə Bədəlova- Dəli Quşçu kənd tam orta məktəbin direktoru

Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.
Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxladıqları zamanda ərazilərimizdə törətdiyi misli görünməmiş vəhşiliklərdən danışarkən Dövlət Başçımız dəfələrlə bildirmişdir ki, ermənilər ərazilərimizdə daşı-daş üstə qoymayıb, tarixi və dini abidələri dağıdıb, 67 məsciddən 65-ni tamamilə darmadağın edib, o cümlədən məscidlərdə donuz, inək saxlayaraq İslam dinini təhqir edib. Bütün binalar və tarixi abidələrin kərpic-kərpic, daş-daş sökülərək, Ermənistana və İrana satıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, təbiətimizə də çox böyük ziyan vurulduğunu, 60 min hektara yaxın meşənin qırıldığını, qızıl yataqları və digər təbii ehtiyatların da qanunsuz istismar edildiyini xatırladıb. Düşmən bütün bu barbar əməllərindən kifayətlənməyərək, uzun bir dövrdə tapdaq altında saxladığı Azərbaycan ərazisindən narkotrafik üçün istifadə edib. Respublikamızın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qaldığından, Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotika daşınıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə bölgədə yeni reallıqlar yaradıb və bu reallıq bölgədə uzunmüddətli sülhə və əminamanlığa yönəlib. Lakin Ermənistan tərəfindən bu gün də Azərbaycana qarşı terror aktları davam edir. Elə mina xəritələrinin əsas hissəsinin Ermənistan tərəfindən verilməməsi, verdiyi az sayda xəritənin isə cəmi 25 faizinin doğru olması da Ermənistan tərəfinin məkirli niyyətinin göstəricisidir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.

Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti son 17 ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu, prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük zəfəri addım – addım yaxınlaşdırmaq mümkün oldu.
Xarici havadarları tərəfindən silahlandırılan Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. İşğal zamanı yaşayış məntəqələri dağıdıldı, dinc əhali amansızcasına qətlə yetirildi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçildi. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Dövlətimiz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olsa da, bu baş tutmadı

30 ildə Dağlıq Qarabağ ətrafında yaranmış status-kvonun qəbul etdirilməsi, işğalın rəsmiləşdirilməsi və ya pərdələnməsi, Azərbaycanın milli və haqlı maraqlarını əks etdirməyən təkliflərin ortaya qoyulması üçün davamlı cəhdlər göstərilirdi. Dövlətimiz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olsa da, bu baş tutmadı. Hər dəfə atəşkəs rejimini pozan, heç bir beynəlxalq qaydaya əməl etməyən düşmən münaqişəni bilərəkdən uzadaraq, həm də genişmiqyaslı hərbi təxribatlara və müharibəyə hazırlıq görürdü. ATƏT-in Minsk Qrupu problemin sülh yolu ilə həllinin tapılması işinə guya ki, sadiq olduğunu bildirsələr də, bu, yalnız boş vədlər olaraq sözdə qaldı. “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – deyənlərə Azərbaycanda gözdağı olacaq bir potensial formalaşdırıldı. Bu potensialın tərkib hissəsini isə inkişafının ən yüksək nöqtəsində olan Silahlı Qüvvələrimizlə birlikdə Azərbaycanın möhkəmlənən güclü dövlətçiliyi, iqtisadiyyatı, demoqrafiyası, xalqın mübarizliyi, hər sahədə yüksək peşəkarlıq, idarəçilik məharəti, ölkənin dünya birliyindəki nüfuzlu yeri, informasiya məkanındakı genişlənən təsir sahəsi və s. təşkil edirdi. Azərbaycan  dövləti XXI əsrin müharibəsini aparmaqla beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail odu.
Yola salınan illər ərzində işğalçı siyasətini davam etdirən Ermənistan, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açdı, onların rahat yaşamasına imkan vermədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki verərək geri çəkildilər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırdılar.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Vətən müharibəsi dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü.

Noyabrın 10-da Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin – Ermənistanın təslim olmasının müjdəsini verdi. 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın inamını özünə qaytardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı, Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən dövlətimizin başçısı, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində misilsiz uğurlar qazandı, ölkəmizə qarşı informasiya blokadasını yardı, II Qarabağ savaşının gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru kimi beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısının qətiyyətlə alınmasında əsaslı rol oynadı. Döyüş meydanında uğurlarımızın miqyası o qədər böyük oldu ki, Azərbaycan heç vaxt hərbi sahədə belə böyük Qələbə qazanmamışdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Prezident İlham Əliyev yeni vətənpərvər gənclər nəslinin yetişməsinə nail oldu. Və həmin gənclər könüllü olaraq Azərbaycan Ordusuna yazılmaqla müharibənin gedişində öz sözlərini dedilər.
Bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Türkiyə kimi güclü qardaş dövlət Azərbaycana tam və birmənalı dəstəyini göstərdi. Dost Pakistan dövləti ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etdi, digər tərəfdaş dövlətlər haqq işimizi müdafiə etdi. Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bu gün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır, hərbi məktəblərdə bu təcrübənin öyrənilməsini təqdir və tövsiyə edirlər. Yeri gəlmişkən, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Münaqişəyə nöqtə qoymuş Bəyanat

Cənab Prezidentimiz Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 15 oktyabr tarixində iclasındakı çıxışında münaqişəyə nöqtə qoymuş Bəyanat haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.
Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxladıqları zamanda ərazilərimizdə törətdiyi misli görünməmiş vəhşiliklər törədərək ərazilərimizdə daşı-daş üstə qoymayıb, tarixi və dini abidələri dağıdıb, 67 məsciddən 65-ni tamamilə darmadağın edib, o cümlədən məscidlərdə donuz, inək saxlayaraq İslam dinini təhqir edib. Bütün binalar və tarixi abidələrin kərpic-kərpic, daş-daş sökülərək, Ermənistana və İrana satılaraq talan edilib.
İkinci Qarabağ müharibəsindən təxminən bir il ötür. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır. Belə halda, şübhəsiz ki, qoşulacağı gələcək layihələrdə iştirakı onu indiki böhran vəziyyətindən xilas edə bilər. Əks təqdirdə, daxili çaxnaşma–vətəndaş qarşıdurması və ən başlıcası isə Azərbaycanın “dəmir yumruğu” ilə yenidən üzləşməsi qaçılmazdır.

Səlim Zeynalov- Dəkkəoba kənd tam orta məktəbin direktoru

Münaqişə hərbi-siyasi yolla həll edildi

Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksi olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı. Münaqişənin sülh yolu ilə həll edilməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ermənipərəst mövqeyi ilə seçilirdi Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Məqsəd Ermənistanı tam iflasdan qurtarmaq idi.
Fransa da ATƏT-in MQ həmsədri idi. Onlarda da güclü erməni diasporu olduğu üçün münaqişəyə neytral olmayıblar. Təsadüfi deyil ki, işğal olunan ərazilərimizdə bir çox fransız şirkətlər fəaliyyət göstərirdilər. 30 ildə həmsədrlər bizim haqq səsimizi eşitməyib. İllərlə mənasız görüşlər, danışıqlar olub. Ermənipərəst mövqeyə görə münaqişənin həllinin yalnız sülh yolu ilə həll olunmasını iddia edirdilər və münaqişənin “donmuş” səviyyədə qalmasını istəyirdilər”.
Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Prezident xalqının qürurunun tapdanmasına imkan vermədi, Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdiyini aydın göstərir.

Dayangül Vəliyeva- İsaqbağı kənd tam orta məktəbin direktoru

 

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir

Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti həyata keçirirdi. Beynəlxalq aləm isə bütün bunları, sadəcə olaraq, müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmir, sadalanan qətnamələr yerinə yetirilmirdi. Prezident cənab İlham Əliyev isə münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, erməni tərəfi əməlindən əl çəkməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” fikrindən daşınmırdı.
Nəhayət, bütün bu ikili standartlar, eyni zamanda, düşmən ölkənin mütəmadi təxribatları, həmçinin ötən il sentyabrın 27-də ölkəmizə qarşı hücum əməliyyatı Azərbaycanın səbir kasasını daşdırdı. Silahlı qüvvələrimiz əks həmlə əməliyyatına başlayaraq 44 günlük hərbi əməliyyatlarad düşməni daramdağın etdi. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu.
Prezident cənab İlham Əliyev çıxışında hazırda Qarabağ və ətraf bölgələrimizdə ciddi narahatlıq doğuran bir məsələyə də toxundu: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir”.
Müharibənin başa çatmasından indiyədək Ermənistan mina xəritələrini min bir bəhanə ilə verməkdən imtina edir. Təqdim olunan xəritələrin əksər hissəsi isə həqiqətdən uzaqdır. Belə bir hərəkət, əslində, onun faşist xislətinin ifadəsidir. Ümumiyyətlə, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın “mina müharibəsi”ni davam etdirməsinin sübutudur. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərin böyük bir qismini minalaması işğalçı dövlətin militarist siyasətinin miqyas və mahiyyətindən xəbər verir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

TƏQRİBƏN 30 İL MÜDDƏTİNDƏ ERMƏNİSTANIN NƏZARƏTİ ALTINDA OLMUŞ AZƏRBAYCAN ƏRAZİSİ NARKOTRAFİK ÜÇÜN İSTİFADƏ OLUNMUŞDUR.

Torpaqlarımız işğaldan azad olunana kimi Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. Ötən illər ərzində Ermənistan və ölkəmizi istəməyən qüvvələr bundan müxtəlif məkrli siyasətləri üçün istifadə etmişlər. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib. Ali Baş Komandanımızın rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulmuşdur.
“Azərbaycan-İran sərhədinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”. Bu sözləri cənab Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.
İşğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib. Əfqanıstandan Qərbə doğru gedən marşrutlar həm də İrandan keçməklə Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistana, oradan da Avropaya istiqamətlənib. Azərbaycanın İranla həmsərhəd olan Zəngilan və Cəbrayıl rayonları Ermənistanın işğalı altında olduğuna görə narkotikin bu ərazilərdən ötürülməsində hər hansı problem yaranmayıb. Amma 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibədə Azərbaycanın qələbəsi və torpaqların işğaldan azad olunması sərhədin bərpa edilməsinə şərait yaratdı. Bu, həm də 30 ilə yaxın dövrdə maneəsiz işləyən narkotrafik marşrutunun qapanmasına səbəb oldu.
Əslində, İranla Ermənistan Azərbaycan ərazilərini narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevirmişdi. İndi bu ərazilər əldən çıxır deyə, İranın xoşuna gəlmir. İşğal müddətində Ermənistan söküntü-tikinti materiallarını İrana satırdı, İran da bunun əvəzində Ermənistanı yanacaq, silah-sursatla təmin edirdi. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub.
Azərbaycan daim qonşuları ilə mehriban qonşuluq münasibətlərinin olmasına çalışıb və çalışır. Ölkəmiz bu istəyində həmişə səmimi olub. Bütün prinsipləri gözləyib. Cənab Prezidentimiz çıxışlarında bildirdiyi kimi biz heç kimin daxili işlərinə qarışmırıq. Bu, bəzi qüvvələrin xoşuna gəlməyə bilər. Lakin ölkəmizin inkişafını, müstəqil siyasətini gözü götürməyən qüvvələr bilməlidir ki, indi Azərbaycan qüdrətli, regionda güc sahibi olan bir dövlətdir.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

Münaqişəyə son qoymuş bəyanat

30 il davam edən Ermənistanın Azərbaycana qanunsuz və əsassız ərazi iddiaları 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərindən başlayaraq tam miqyaslı müharibəyə səbəb olmuşdur. Nəticədə on minlərlə insan həyatına son qoyulmuş, şəhərlər, kəndlər dağıdılmış, 700 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qalmış, torpaqlarımızın əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur.
Münaqişənin həlli üçün uzun illər hüquqi və siyasi müstəvidə mübarizə aparılmış, bu istiqamətdə haqlı olduğumuzu isbat edən dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbuluna nail olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq Ermənistan tərəfi ona edilən tələblərin heç birini yerinə yetirməmişdir. Əksinə mütəmadi olaraq təxribatlar törətməklə qeyri-qanuni əməllərini davam etdirmişlər.
2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribat əməlləri onun cəzasız qalmasının nəticəsi idi. Nəticədə dinc sakinlər və hərbiçilər həlak olmuş, yaralanmışdır.
Azərbaycan öz suverenliyi, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni dəf etmək üçün zəruri tədbirlər görmüş, əks əməliyyat həyata keçirərək Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarını, Şuşa şəhərini, eləcə də 300-dən çox qəsəbə və kəndi azad edərək düşməni sülhə məcbur etmişdir.
10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidenti, Ermənistan baş naziri, Rusiya Federasiyası Prezidentinin birgə bəyanatı nəticəsində Ermənistan – Azərbaycan arasında olan silahlı münaqişəyə son qoyulmuşdur. Bütün hərbi əməliyyatlar dayandırılmış və Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğaldan azad edilmişdir.
Bu bəyanat bizim illərlə apardığımız haqq işimizin qələbəsi, ədalətin təntənəsi oldu.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir

2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Belə ki, 2020-ci ilin iyul və avqust aylarında yenidən Ermənistan hərbi təxribatlara əl atdı, sentyabrın 27-də isə artıq Azərbaycan xalqının səbir kasası daşdı. Xalq öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Prezident-Xalq-Ordu birləşməsi 30 illik işğala 44 günlük Vətən müharibəsinin başlanması ilə son qoydu.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sülhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı. Tarixi Azərbaycan torpaqları işğalçılardan təmizləndi. Beləliklə ölkə başçısının dediyi kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri mütəmadi xarakter aldı. Azərbaycan Respublikasının Prezidenti Qarabağ bölgələrində yenidənqurma, təmir-bərpa işlərinə bilavasitə özü başçılıq etdi. Vətən müharibəsindən keçən müddət ərzində görülən işlər göz qabağındadır. Bütün dünya mənfur düşmən tərəfindən tamamilə məhv edilən yaşayış məntəqələrimizin Azərbaycan tərəfindən bir neçə ay ərzində intensiv şəkildə yenidən qurulduğuna şahidlik etdi. Bəli, Azərbaycan tarixinə əbədi yazılan 44 günlük Vətən müharibəsində müzəffər ordumuz torpaqlarımızı yağı düşməndən azad etdi və torpaqlarımız ermənilərin həmin ərazilərdə basdırdığı minalardan təmizlənməyə başladı. Azərbaycanın həmin torpaqlarda abadlıq-quruculuq işləri aparmasına, iqtisadi layihələrin reallaşdırılmasına əsas maneə məhz minalar idi. Buna görə də Azərbaycan Türkiyə və Rusiya da daxil olmaqla, bəzi ölkələrlə əməkdaşlıq çərçivəsində Qarabağın minalardan təmizlənməsi istiqamətində geniş iş aparmağa başladı. Azərbaycanın dövlət orqanlarının məlumatına görə, Dağlıq Qarabağ müharibəsi başa çatdıqdan sonra azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində yüzdən çox insan həlak olub və ya yaralanıb. Demək olar ki, 1 kvadratmetr ərazidə 4-5 ədəd minaya rast gəlinirdi. Düşmənin belə sədd yaratmasına baxmayaraq, şanlı Azərbaycan Ordusu əks-hücumla həmin ərazidə qısa müddətdə zolaq açaraq düşmən səddini yara bildi. Müzəffər ordumuz qarşısında tab gətirə bilməyən ermənilər işğalda saxladığı Azərbaycan torpaqlarından çıxmağa məcbur oldu. Problemi daha da çətinləşdirən məqam Ermənistanın minalı ərazilərin xəritələrini Bakıya təqdim etməkdən boyun qaçırması idi.
Çətinliklərə baxmayaraq Qarabağımızda sürətlə aparılan quruculuq abadlıq işlər onu göstərir ki, sakinlərimiz tezliklə öz ata-baba yurdlarına qayıdaraq təhlükəsiz ömür sürəcəklər. Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Münaqişəyə nöqtə qoymuş Bəyanat

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan əsasən ikinci Qarabağ müharibəsinə kimi BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Lakin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə Ermənistan o cümlədən beynəlxalq təşkilatlar məhəl qoymamış məsələsinin sülh yolu ilə həll olunmasına daim biganə yanaşmışlar.
Məhz Ali Baş Komandanımızn iradəsi, xalqın birliyi, ordumuzun şücaəti nəticəsində Qarabağ problemimiz cəmi 44 gün ərzində birdəfəlik, kökündən həll olundu. Müharibənin başladığı ilk gündən hər gün, hər saat Azərbaycanın tarixi torpaqları işğaldan azad olunmağa başladı. Məhz işğaldan azad olunmuş torpaqlarımız haqqında məlumatların Ali Baş Komandan tərəfindən televiziya kanallarında və sosial şəbəkələrdə verilməsi kiçikdən böyüyə hər kəsdə sevinc hissi yaşadaraq bizlərə böyük qürur hissi aşıladı. Şükür bu günümüzə ki Qarabağ həsrəti artıq bitmişdir.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu
Biz inanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə tarixi torpaqlarımızın sürətlə işğaldan azad olunduğu kimi onların bərpasıda təmin olunacaq və soydaşlarımız tezliklə ata-baba yurdlarına qayıdacaqlar. Biz həmişə olduğu kimi cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyik.
Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan İlham Əliyev.

Vəfa Xəlilli – Gəncliyə dəstək ictimai birliyinin sədri