Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib – Rusiya XİNbackend

Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyətin sabitləşməsi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında bildirilib.

Qeyd olunub ki, noyabrın 9-da Rusiya, Azərbaycan və ermənistan liderləri tərəfindən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi fəaliyyətin dayandırılması haqqında bəyanat qəbul olunub: “Təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib, beynəlxalq humanitar reaksiya mərkəzi yaradılıb. Nəticədə Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib. Bu da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib. Rusiya ATƏT-in Misnk Qrupu çərçivəsində siyasi nizamlanma prosesinin hərəkətə gətirilməsinə iştirak edib”.