Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildibackend

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Füzulidə aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 618-ə çatıb.