Daha bir dəm qazı faciəsi…backend

Abşeron rayonunda 65 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

“Yeni Gündem”in verdiyi xəbərə görə, yanvarın 27-də Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan 1955-ci il təvəllüdlü Etibar Qurbanov çimmək üçün evinin həyətində yerləşən hamama gedib və bir qədər sonra ailə üzvləri tərəfindən orada meyiti tapılıb. Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

***

Dəm qazından daha bir nəfər boğulub. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu,  Böyük Şor Daş Karxanası 42/1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan, Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Faiq Quliyev mənzilin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.