Daha bir deputatdan Vüqar Səfərlinin əməlləri barədə -AÇIQLAMAbackend

Xəbər veridyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamaların aparılması ilə bağlı çağırış edib.

Deputat çağırışında bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır:

“Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.

Sözügedən məsələ ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalının fikirlərini öyrənməyə çalışmışıq.

Fəzail Ağamalı demokrat.az-a açıqlamasında bunları bildirib:

“Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində cinayət xarakterli nöqsanlar olub. Mən hələ bir neçə il əvvəl KİVDF-nin fəaliyyətindəki həmin cinayət xarakterli nöqsanlarla bağlı fikirlərimi söyləmişəm. Daha bundan sonra eyni mövzuya qayıtmaq istəmirəm”.