Daha bir direktor həbs edildi – FOTObackend

Xüsusi karantin rejimi qaydalarına pozmaqda təqsirli bilinən “Birlik-B” MMC-nin direktoru həbs edilib

“Yeni Gündəm” xəbər verir ki, Daxili İşlər Nazirliyinin şəxsi heyəti tərəfindən ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı aparılan məqsədyönlü mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, “Birlik-B” MMC-nin təsisçi-direktoru Şahismayıl Orucov karantin rejimi qaydalarını kobud surətdə pozmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o karantin dövründə sahibi olduğu MMC-yə qanunsuz olaraq işçilər götürərək onların adına özündə həqiqəti əks etdirməyən elektron müqavilələr bağlayıb. Daha sonra Şahismayıl Orucov həmin şəxsləri “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib onların xüsusi karantin qaydalarının tələblərinə zidd olaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.