Daha bir jurnalist koronavirusdan sağaldıbackend

Jurnalist Aynur Nəsirova koronavirusdan sağalıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat verib.

A.Nəsirova testinin nəticəsinin neqativ olduğunu bildirib:

“Xəstəxana dövrü bitdi”.

Qeyd edək ki, Aynur Nəsirova “ARB24” telekanalının baş redaktor müavinidir. Eləcə də, o, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim kimi çalışır.

İyulun 3-də jurnalistin koronavirusa yoluxması barədə məlumat vermişdik.