Daha bir jurnalist öldürüldübackend

Fransız jurnalist Frederik Leklerk-İmhof Ukraynada öldürülüb.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Tvitterdə bildirib.

“Jurnalist Frederik Leklerk-İmhof müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi. O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi” – deyə Makron qeyd edib.

Hadisə Ukraynanın Severodvinsk şəhəri yaxınlığında baş verib.

BFM TV artıq əməkdaşının həlak olduğunu təsdiq edib.

APA