Daha bir məhdudiyyət aradan qaldırıldı – SON DƏQİQƏbackend

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Bu sahələr aşağıdakılardır:

– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

– Mühəndislik və layihələndirmə xidmətləri;

– Qablaşdırma məhsullarının istehsalı;

– Daş, metal və taxta məhsullarının istehsalı;

– Mebel istehsalı və təmiri;

– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

– Onlayn satışlar;

– Kimyəvi təmizləmə;

– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

– Avtomobillərin təmiri;

– Avtomobil yuyulma məntəqələri;

– Heyvan sığınacaqları;

– Tərcümə xidmətləri.