Daha bir nazir istefa verdibackend

Ermənistanda daha bir nazir istefa verib.

“Yeni Gündəm”-in məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tigran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.