Daha bir Nazirlikdə TƏYİNATbackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-yə yeni direktor təyin edilib.
“Yeni Gündəm” xəbər verir ki, bu, nazirliyin əməkdaşı Namiq Xankişiyevdir.

O, yeni vəzifəsində Firuddin Əliyevi əvəz edib.

Xatırladaq ki, “Təhlükəli Tullantılar” 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur.Report