Daha bir ölkədə fövqəladə vəziyyət elan olunacaqbackend

Taylandda “COVID-19” yoluxucu xəstəliyinin (koronavirus) yayılması səbəbindən martın 26-da fövqəladə vəziyyət elan olunacaq.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Prayut Çan-Oça “Tahi PBS” telekanının efirində açıqlayıb. “Koronavirus epidemiyası ilə əlaqədar martın 26-da fövqəladə vəziyyət elan edəcəyik. Fövqəladə vəziyyət elanın verildiyi gün qüvvəyə minəcək”, – deyə hökumət başçısı qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.