Daha bir prokuror işdən çıxarıldıbackend

Xəbər verdiyimiz kimi, Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluqda islahatlara start verilib.

“Yeni Gündəm” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, ötən gün imzalanan digər əmrlə Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər