Daha bir “Qalatasaray”lı koronavirusa yoluxdubackend

Türkiyənin “Qalatasaray” klubunda daha bir nəfərdə koronavirus aşkarlanıb.

“Yeni Gündəm” xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay “Tvitter” səhifəsində bu xəstəliyə yoluxduğunu bildirib.

O, koronavirus testinin müsbət çıxdığını qeyd edib: “Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdı, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.